Bakı Slavyan Universitetində (BSU)1918-ci il 31 Mart- Azərbaycanlıların Soyqırımı Günün 98-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib. BSU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbir soyqırımı ilə bağlı qısametrajlı filmin nümayişi ilə başlayıb, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimi açan BSU-nun rektoru, professor Asif Hacıyev azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımızın ağır məhrumiyyətlərə məruz qaldığını vurğulayıb. Rektor qeyd edib ki, faciə təkcə Azərbaycan xalqına qarşı deyil, bütün dünyada sivil insanlara qarşı yönəlmiş genosiddir. Ulu öndər Heydər Əliyev tərəfindən soyqırımına dövlət səviyyəsində siyasi və hüquqi qiymət verildiyini deyən Asif Hacıyev 31 Mart Soyqırımının dünya arenasında lazımi səviyyədə tanınacağını əminliklə bildirib.
Tədbirdə çıxış edən Azəbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Sosial şöbəsinin rəisi, polkovnik Kamal Əliyev, Gənclərin hərbi vətənpərvərlik şöbəsinin müdiri, polkovnik Adil Haqverdiyev, BSU-nun Azərbaycanşünaslıq tədris və mdəniyyət mərkəzinin dosenti Sadir Məmmədov və BSU-nun magistrantı Səməndər Həsənov qırğınların heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcəyini qeyd ediblər. Çıxışçılar bildiriblər ki, bu faciə barədə məlumatları həm dünya dövlətlərinə, xalqlarına, həm də Azərbaycan gənclərinə çatdırmaq hər bir azərbaycanlının borcudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB