Səbail rayonunda "31 mart azərbaycanlıların soyqırımı günüdür" mövzusunda elmi-praktiki konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Heydər Əliyev məktəbinin lektoriyasında Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə "31 mart azərbaycanlıların soyqırımı günüdür" mövzusunda elmi-praktiki konfrans keçirilib. Tədbirdə rayon rəhbərliyi ilə yanaşı Milli Məclis üzvləri, rayonun hüquq-mühafizə orqanlarının, elm, təhsil və din xadimləri, ziyalıların, gənclərin, ağsaqqalların, veteranların və ictimaiyyətin, YAP Səbail rayon təşkilatının təmsilçiləri, pedaqoji universitetin müəllim və tələbələri iştirak ediblər.
Konfransın işini açıq elan edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, Azərbaycan xalqı XX əsrdə bir neçə dəfə soyqırımlara məruz qalıb: "Uzun illər azərbaycanlıların əzəli torpaqlarına sahib çıxmaq və burada "Böyük Ermənistan" yaratmaq xülyaları ilə yaşayan erməni qəsbkarları 1918-ci ildə müxtəlif bölgələrimizdə minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətinə görə məhv edib, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıblar".
Eldar Əzizovun xüsusilə olaraq vurğulayıb ki, bu soyqırımına da əsl siyasi-hüquqi qiyməti ümummilli liderimiz Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 martı Azərbaycanlıların soyqırımı Günü elan etməsi ilə verib: "Ulu Öndər ideya və əməllərini yaşadan dövlət başçımız cənab İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsindəAzərbaycan inkişaf edib möhkəmlənərək dünyanın aparıcı ölkələri sırasında öz yerini tutub. Qarabağ probleminin həlli istiqamətində mərhələli addımlar atılır, ölkənin iqtisadi gücü artır və siyasi nüfuzu güclənir. Ermənistan isə əksinə bizim uğurlarımız fonunda daha da zəifləyir".
İcra başçısının sözlərinə görə, cənab Prezidentin yürütdüyü bu siyasət yeganə düzgün, alternativsiz və müvəffəqiyyət qazandıracaq siyasətdir və xalqımız bu siyasəti yekdilliklə dəstəkləyir.
Daha sonra çıxış edən YAP-ın Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov 1918-ci il hadisələri, sonrakı illərdə ermənilərin Azərbaycan xalqına qarşı təcavüz faktları, onların beynəlxalq ictimaiyyətə çatıdırılması istiqamətində görülmüş və görüləsi işlər barədə danışıblar.
Konfransda müəllim və tələbələrin mövzu ətrafında məruzələri dinlənilib.
Sonda elmi-praktiki konfrans iştirakçıları adından yekdilliklə bəyanat qəbul olunub, məruzələrin bir daha işlənərək kitab şəklində buraxılması qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB