Muzeydə soyqırımı qurbanlarının xatirəsi yad edilib

Muzeydə soyqırımı qurbanlarının xatirəsi yad edilib

Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Muzeydən bildiriblər ki, tədbirdə bu qurumun direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı 1918-ci il 31 mart soyqırımı, onun başvermə səbəbləri və acı nəticələri barədə danışıb.

G.Babaxanlı qeyd edib ki, 1918-ci ilin martında daşnakların törətdikləri bu qanlı hadisələr zamanı ölüm təhlükəsi ilə üzləşənlərdən biri də dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavid olub. Qaniçən erməni cəlladları Hüseyn Cavidi və "Təbriz" mehmanxanasında yaşayan digər insanları oradan silah gücünə çıxarıb və yol boyu onların əksəriyyətini güllələyiblər. Hüseyn Cavid isə təsadüf nəticəsində ölümün pəncəsindən qurtula bilib.

Tədbirdə 31 mart soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ədəbiyyat sərgisi və fotoşəkillərdən ibarət slayd nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə