Hacıqabulda metodiki vəsaitlərin təqdimatı olub FOTOLAR

Hacıqabulda metodiki vəsaitlərin təqdimatı olub FOTOLAR

29 mart 2016-cı il tarixində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən Hacıqabul rayon Heydər Əliyev Mərkəzində "Mədəniyyət təsisatlarına metodiki dəstək" mövzusunda seminar keçirilmiş, habelə Elmi-Metodiki Mərkəzin hazırladığı metodiki vəsaitlərin təqdimatı olmuşdur. Tədbirdə Şirvan şəhərinin, Hacıqabul, Neftçala, Sabirabad rayonlarının mədəniyyət işçiləri ilə yanaşı "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu" nun üzvləri də iştirak etmişlər.

Tədbir Hacıqabul rayon İcra Hakimiyyətinin nümayəndəsi Elvin Şıxəliyevin, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyevin, şöbə müdirləri Sənan Talıbovun, Məzahir Qarayevin və Hacıqabul rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Elnur Əmiraslanovun iştirakı ilə keçirilmişdir.

Seminar zamanı Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı rayon mədəniyyət təsisatlarında (muzeylər, mədəniyət mərkəzləri və onların fililalları) çalışan işçilər və Mərkəzin hazırladığı vəsaitlərin müəllifləri Elnarə Hacıyeva, Pakizə Almazova, Aygün Balabəyova, Afaq Ağayeva, Pərvanə Hüseynova, Vəfa Yüzbaşiyeva və Abdurəhman Əmirxanov hazırladıqları metodiki vəsaitlər barədə məlumat vermişlər.

Gələcəkdə hazırlanması zəruri hesab olunan metodiki vəsaitlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə