31 Mart Soyqırımından 98 il keçir

31 Mart Soyqırımından 98 il keçir

1917-ci il oktyabr çevrilişi rus müstəmləkəçilərinə yeni qüvvə verdi. Qafqaz cəbhəsindən Rusiyaya dönən rus döyüşçüləri bolşeviklərin fitnəkarlığı sayəsində öz yollarını Bakı istiqamətinə saldılar. Daxil olduqları bölgələrdən Azərbaycan kəndlərinə hücum edir,talançılıqlar törədirdilər. Rus əsgərləri aclıq və təcrid içərisində olduqlarından Bakı Sovetinin qulluğunda olmağı əsas tuturdular. Başqa bir səbəbdən isə Qafqaz cəbhəsindən qayıdan rus qoşunları öz silah və hərbi sursatlarını erməni və gürcülərə, eləcə də Bakı bolşeviklərinə verməklə azərbaycanlılar düşmən qarşısında əliyalın qalmışdı.

Bolşeviklər və erməni əsgərləri Bakıda özlərini hərbi cəhətdən möhkəmləndirmək üçün yeni bir addım atmağı qərara aldılar.1917-ci ilin dekabrında Qafqaz ordusunun II diyar qurultayında Q.Korqanovun başçılığı altında yaradılmış Hərbi İnqilabi Komitə Tiflisdən çıxarılaraq Bakıya köçürüldü. Bundan əlavə, 1918-ci ilin yanvarın sonunda Qırmızı Qvardiya və donanmanın Bakı Sovetinə tabe edilməsi haqqında qərar verildi.Ter-Stepanov, Afanasyev və Trexovdan ibarət Qırmızı Qvardiya qərargahı yaradıldı.1918-ci il martın ilk günündə milis dəstələri Bakı Sovetinin nəzarətinə keçdi.Ter-Qabraelyan şəhər idarəsinin rəisi təyin olundu.

Daşnak partiyası "Böyük Ermənistan" yaradılması məqsədilə Azərbaycan və Gürcüstana qarşı müharibə aparmağa başlamışdı.XX əsrin əvvəllərindən başlayaraq ardıcıl şəkildə tarixi Qərbi Azərbaycan ərazisində ermənilər xarici ölkədən kütləvi şəkildə köçürülüb.Qafqazın cənubunda indiki Ermənistan dövlətinin yaradılması üçün Qərbi Azərbaycanın ən qədim ərazilərindən ata-baba yurdlarından qovulması, onların deportasiya prosesi məqsədyönlü şəkildə həyata keçirilib.

1905-1907-ci illərdə çar Rusiyasının hakim dairələri tərəfindən müdafiə olunan və hərəkətə gətirilən erməni millətçiləri azərbaycanlılara qarşı genişmiqyaslı qətllər və vəhşiliklər törətdilər. Yüzlərlə yaşayış məntəqələri dağıdıldı,minlərlə azərbaycanlı erməni terrorunun qurbanı oldu.Tarixi Azərbaycan torpaqları olan Zəngəzur, Göyçə, Sisyan və digər torpaqlar sovet rəhbərliyinin əli ilə Ermənstana verildi.Dağlıq Qarabağa xaricdən köçürülmüş ermənilərə muxtariyyət verildi və gələcəkdə qanunsuz ərazi iddiaları üçün zəmin hazırlandı.1948-1953-cü illərdə ermənilər yenə də SSRİ rəhbərliyinin qərarı ilə dövlət səviyyəsində azərbaycanlıların öz tarixi əraziləri olan Qərbi Azərbaycandan bütöv şəkildə deportasiyasına nail oldular.Bu gün həmin hadisələrdən 94 il keçir.

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il bolşevik qüvvələri və XI qırmızı ordunun köməyi ilə hakimiyyətdən salınıb, ərazini işğal etdilər.Bu, 1915-ci il mart hadisələrində özünü göstərmişdir. Qanlı cinayətə V.İ.Leninin silahdaşı Şaumyan başçılıq edirdi. Azərbaycanda hökmranlığa can atan V.İ.Lenin daşnak qüvvələrin həyata keçirdiyi vəhşiliklərdən xəbərsiz deyildi.

Bakıda azərbaycanlılara qarşı soyqrımına başlamaq üçün bəhanə tapıldı

H.Z.Tağıyevin faciəli şəkildə həlak olmuş oğlu Məhəmmədin dəfn mərasimində iştirak edən "Dikaya diviziya"nın bir qrup əsgər və zabitinin "Evelina" gəmisində Lənkərana qayıtmaq istədikdə, bolşeviklər tərəfindən tərksilah edilməsi əhalinin mübarizliyini son həddə çatdırdı. Əhali tələb edirdi ki, silahlar geri qayatrılsın. Bolşeviklər bu tələbin yerinə yetiriləcəyini vəd etdilər. Lakin bunun əksinə olaraq martın 30-da başlanacaq döyüşlərə başçılıq etmək üçün Bakı Sovetinin İnqilabi Müdafiə Komitəsini yaratdılar. Komitəyə S.Şaumyan, A.Çaparidze, Q.Korqanov, İ,Suxartsev, S.Sarksyan və M.Yolçiyan daxil oldular.

Lakin gəmidəki müsəlman əsgər və zabitlər ultimatumu rədd etdilər.Bu hadisələrin törədilməsi üçün ermənilər şantaj və təxribat metoduna əl atdılar.Bakıda 1918-ci il mart qırğınına başlamaq üçün erməni daşnakları şaiyə yaydılar ki, H.Z.Tağıyevin Lənkəranda xidmət edərkən təsadüfən aldığı güllə nəticəsində həlak olan oğlunun dəfnində iştirak edən müsəlman əsgərləri güya Lənkəran ruslarına (malakanlara) hücum edib, onları qıracaq.1918-ci il martın 30-u sübh çağı erməni-rus birləşmələri gəmi və təyyarələrdən şəhərin müsəlmanlar yaşayan hissələrini (İçərişəhər, Kubinka, Güllüdərə) bombardman etdilər. Silahlı erməni əsgərləri, eləcə də Bakıda yaşayan erməni ziyalıları da sovet dəstələri tərəfindən döyüşlərə daxil oldular.

Erməni daşnak təxribatı və fitnələri ilə dənizdən rus hərbi gəmiləri əhalinin yaşadığı müsəlman məhəllələrini toplardan atəşə tutdular. Ermənilər rus dənizçiləini inandıra bilmişdilər ki, guya müsəlmanlar rusları qırıblar. Dənizçilər gördülər ki, bu ermənilərin təxribatıdır. Onlar atəşi dayandırdılar. Bakıda erməni və bolşevik dəstələri əhalini atəşə tutmaları nəticəsində, azərbaycanlılar müqavimət göstərə bilmədilər. Silahlı hərbi daşnak birləşmələri evlərə soxularaq qadınları, körpələri və qocaları misli görünməmiş vəhşiliklə qətlə yetirirdilər. Ermldur dəstələri məhəllələrə soxularaq əhalini öldürür,onları xəncər və süngülərlə doğrayır,yandırılmış evlərə uşaqları atır, süedəmər uşaqları süngülərin ucuna keçirirdilər.Hadisələrin ilk vaxtlarında torpağa 57 müsəlman meyiti basdırıldı. Onların qulaqları,burunları qoparılmış, qarınları yırtılmış, əzaları kəsilmişdi. Kimsəyə rəhm edilmirdi. Uşaqlara rəhm edilmədiyi kimi qocalarada aman yox idi.Məsələn Əlizadə Hacı Əmirin evində 80 yaşlı anası və 60-70 yaşlı qadınları öldürülmüş, 25 yaşındakı gəlini isə diri-diri divara mismarlanmışdı. Erməni vəhşilikləri yalnız bir yerdə dəhşətli şəkildə qətlə yetirilmiş-qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 37 müsəlman qadının meyiti tapılmışdı. Erməni dəstələrindən biri müsəlman evlərinə soxularaq 8 qadın və uşağı güllələmişdi. Başqa bir erməni quldur dəstəsi Fars küçəsində Bala Əhməd Muxtarovun evinə soxularaq 9 azərbaycanlı ziyalını küçəyə çıxararaq kilsə meydanında güllələmişdir. Bakıda xalqımıza aid binalar, milli rəmzlər, mədəniyyət ocaqları dağıdıldı və yandırıldı. Qadınların saçlarını bir-birinə bağlayaraq üryan (çılpaq) halda küçəyə qaçmağa sövq edir,digərlərini tüfəng qundaqları ilə vururdular.Üç gün ərzində Bakıda 17 minə qədər azərbaycanlı qətlə yetirildi. "Kaspi", "Açıq söz" qəzetlərinin redaksiyası eləcə də Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi "İsmailiyyə" binası yandırıldı. Bakıda bolşevik və erməni daşnakları tərəfindən qırğın 3 gün davam etdi.

1918-ci il mart qırğınları ərəfəsində Stalin Azərbaycana bir məktub göndərir."Stepan,Alyoşaya,başqa dostlara.Bütün Cənubun mühüm nöqtəsi olan Bakı artıq hər tərəfdən mühasirəyə alınıb. Sizə 2 tərəfdən - Daşkənddən və Şimaldan yardım gəlir".

Azərbaycanın artıq dərəcədə "qayğısını çəkən" Lenin Stalinə belə bir göstəriş vermişdir. Əksinqilabçıların əlində alət olmuş, miskin və hay-küyçü fitnəkarları hər yerdə amansızcasına əzmək lazımdır. Bakı məsələsində siz mütləq Şaumyanla əlaqə saxlamalısınız. Bu, ən mühüm cəhətdir. Beləliklə, hər kəsə amansız olun və bizə tez-tez məlumat verin.

Abbas Kazımzadənin başçılıq etdiyi heyət qırğının qarşısını almaq üçün Şaumyan, Fialetov və Çaparidze ilə danışıqlara başladı. Nümayəndə heyəti danışıqlardan dönərkən onların iki nəfəri qətlə yetirildi. Aprelin 1-də daşnaklarla "Atəşkəs müqaviləsi" bağlandı. Şərtə görə müsəlman qüvvələr hakimiyyəti Şaumyan Komitəsinə verdi.Məşədi Əzizbəyov Bakıya başçı təyi edilsə də, qorxu içərisində şəhəri tərk edən müsəlmanları sakitləşdirə bilmədi. Qafqaz cəbhəsindən türk qoşunları geri çəkilərkən Türkiyə erməniləri Qafqaz erməniləri ilə birləşdilər. Bir tərəfdən Andranikin,digər tərəfdən Dro, Keri, Muradın quldur dəstələri hərəkət edirdilər. Məhz bu vaxt Şaumyanın və Avakyanın fitnəkarlığı sayəsində Şamaxı hadisələri ilə əlaqədar yazılmış məktub Gəncə komendatının əlinə keçdi. Bu məktubda Şaumyan və Avakyanın qaniçən olduqları açıq-aydın görünürdü.

Ermənilərin törətdikləri mart hadisələri yalnız Bakı ilə qutarmadı. Erməni bandaları 1918-ci ilin aprelindən hərəkətə gələrək Şamaxıda, Quba-Xaçmazda, Lənkəranda, Hacıqabul və Səlyanda cinayətlər və qırğınlar törətdilər.

Daşnak Amiryan və Lalayanın başçılığı ilə Şamaxının bütün müsəlman əhalisi qılıncdan keçirildi və 7 min nəfərədək adam,o cümlədən 1653 qadın və 965 uşaq qırdılar. Erməni quldurları bu ərazinin 40-a yaxın kəndini darmadağın etdilər. Ərazidə yaşayanların ucdantutma qırılması, hamilə qadınların qarınlarının yırtılması, qızların vəhşicəsinə təhqir olunması, diri-diri yandırılması və bütün bunlar daşnaklar arasında "bəzi haqsızlıqlar" adlandırıldı. Fövqəlada İstintaq Komissiyasının sənədlərində qeyd edilir ki,təkcə yanvarda Bakıdan 16 araba silah gətirilmişdi. Bakı Soveti və onun daşnak üzvləri martın ortalarında Şamaxıya 2 min erməni əsgəri, 60 araba silah göndərmişdilər.

1918-ci ilin yaz payızında Zəngəzur qəzasında 115 kənd,yəni bütün azərbaycanlı kəndləri məhv edilib.7729 nəfər azərbaycanlı,o cümlədən 3257 kişi,2276 qadın və 2196 uşaq vəhşicəsinə öldürülüb.1919-cu ilin sonunadək buradan 60 min nəfərdən çox adam qovulub. 1917-ci ilin dekabrından 1918-ci ili iyununadək erməni daşnak millətçilərinin qoşunları İrəvan quberniyasında 200 azərbaycanlı kəndini çapıb, talayıb və yandırıblar.100 min nəfərədək azərbaycanlı Sürməli, İrəvan, Eçmiədzin (Üçmüədzin), Şərur qəzalarını tərk etməyə məcbur olub.1919-cu ilin axırına qədər yalnız Təzə Bəyazid, Eçmiədzin və İrəvan qəzaları üzrə var - yoxu talanan azərbaycanlıların sayı 200 min nəfərə çatmışdı. Onu da qeyd etmək lazımdır ki,Mehriyə bitişik ərazinin Ermənistana verilməsi sayəsində Naxçıvan bölgəsi süni şəkildə Azərbaycandan ayrı salınıb.

1948-1951-ci illərdə Stalin və Mikoyanın səyləri nəticəsində 100 mindən çox azərbaycanlı Qərbi Azərbaycandan (indiki Ermənistan adlanan) qovulub və bir çoxları dözməyərək həlak olub. Erməni millətçiləri bütün bunlarla kifayətlənməyib 1988-ci ildə Qərbi Azərbaycan torpağında yaşayanlara qarşı yeni genosid törətdilər. Erməni vəhşiləri 250 mindən çox azərbaycanlını öz tarixi torpaqlarından qovub didərgin salıb, var-yoxdan çıxarıblar. 1988-ci ilin üç günü ərzində noyabrın 27-dən 29-dək Quqarakda,Spitakda,Stepyanda 33 və ümümiyyətlə,100 nəfərdən çox azərbaycanlı öldürülüb.Quqarak rayonunun Gözəldərə kəndində 21 azərbaycanlı, o cümlədən 6 qadın və 3 uşaq öldürülüb.

1918-ci il mart faciələri nəticəsində Şamaxı qəzasının 58 kəndi dağıdılıb,Quba qəzasının 122 kəndi,Qarabağın dağlıq hissəsində 155-dən çox,Zəngəzur qəzasında 115,İrəvan quberniyasında 211,Qars vilayətində 92 kənd erməni vandalları tərəfindən yandırılıb.

Əgər bizə 1918-ci ilin mart qırğını barədə danışılsaydı,çox güman ki,Xocalıda və digər bölgələrdə yeni faciələrlə üzləşməzdik. Bu tarixi yaddaşın zaman-zaman öldürülməsinin nəticəsidir. Bakı qırğınından sonra ermənilər dünyaya həyasızcasına bildirdilər ki, "Bakıda çevriliş" olub. Uzun illər bolşeviklər və sovet tarixçiləri bu hadisələri "Vətəndaş müharibəsi" kimi qələmə verməyə başladılar. Bu isə azərbaycanlılara qarşı vəhşi daşnak soyqırımı idi.

Firudin Cümşüdlü,

ADPU-nun Azərbaycan tarixi kafedrasının

dosenti,tarix elmləri namizədi

Bütün xəbərlər Facebook səhifəmizdə