Jurnalist təşkilatı: “Şou-biznes proqramları gəncləri məhvə sürükləyir”
"Ölkə telekanallarında yayımlanan şou proqramlar, gənclərin intellektual inkişafını əngəlləyir, onların təfəkkürünü məişət və dedi-qodu səviyyəli məsələlərə yönəldir. Açıq-aşkar görünən odur ki, muasir inkişafdan və intellektual sferadan geri qalan efirlərimiz, qazan verilişləri və insanlarda ikrah hissi yaradan şou proqramlar vasitəsi ilə gələcək nəsillərin mənəvi və intellektual baxımdan şikəst edilməsinə rəvac verirlər". Bu açıqlamanı SİA-ya "Jurnalistlər Sülh və İnkişaf Uğrunda" İctimai Birliyinin rəhbəri Mətləb Salahov verib.
Jurnalistlərlə söhbətində mətbuat təşkilatının rəhbəri bildirib ki, bir sıra telekanallar öz efirlərini gündəmdə saxlamaq üçün gənclərdən alət kimi istifadə edirlər: "Yaradıcı efir məkanından uzaq telekanallar, ictimai rəyi özlərinə cəlb etmək üçün, gəncləri öz efir siyasətlərinə alət edirlər. Mənəvi dəyərlərimizi ayaq altına salan bir sıra üzdəniraq şou proqramlarda məhz gənclər bu iyrənc işlərin əsas hədəfi kimi seçilir. Bu, gələcək nəsillərin mənəvi baxımdan məhvə sürüklənməsidir."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB