Narkotik vasitələrə meyl edənlərin sayı azalmır

Narkotik vasitələrə meyl edənlərin sayı azalmır

Ağ ölüm adlandırılan narkomaniyaya qarşı Azərbaycanda mübarizə tədbirləri hər il daha geniş şəkildə aparılsa da, özünü bilərəkdən bu bəlaya düçar edənlərin sayı da azalmır. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, ötən il Gəncədə 15 nəfər ilk dəfə olaraq narkotik istifadəçisi kimi dispanser qeydiyyatına götürülüb.

Azərbaycanda 28 min 555 nəfər rəsmi olaraq narkotik istifadəçisi kimi qeydiyyata götürülüb ki, bunun da 458 nəfəri Gəncə və ətraf rayonların payına düşür. Təkcə ötən il 15, bu ilin cari dövründə isə 3 nəfər ilk dəfə olaraq narkotik istifadəçisi kimi qeydiyyata götürülüb. Statistika göstərir ki, narkotik vasitələrə meyl edənlərin sayı azalmır, dəyişən xəstəlikdən əziyyət çəkənlərin həkimə müraciət etməsidir.

Narkomaniyaya qarşı mübarizədə maarifləndirici tədbirlər də həyata keçirən Gəncə Şəhər Rayonlararası Narkoloji Dispanserinin həkimləri ötən il 7, bu il isə 2 məktəbdə şagirdlərə bu xəstəliyin törətdiyi fəsadlardan danışıb. İl ərzində ali və orta məktəblərdə belə tədbirlərin keçirilməsi planlaşdırılır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə