"Azərbaycanda heç kim dövlət torpaqlarını zəbt edə bilməz. Çünki harasa bir mıx vuran kimi yüz yerdən tökülüb gəlirlər". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında millət vəkil Hüseynbala Mirələmov deyib.
Millət vəkili bildirib ki, torpaqların indiyə kimi hansı səbəblərə görə, istifadə olunmaması məsələsi araşdırılmalıdır: "Bu, çox vacib məsələdir. Pay torpaqlarını istifadə etməyən insanlardan niyə əkib, becərmədiklərini soruşmaq lazımdır. Bəzən torpaqla məşğul olmaq istəyən insanlar, iş adamları icarəyə götürdükləri torpaqlarda və ya onlara məxsus pay torpaqlarında məhsul istehsal etmək üçün banklardan kredit götürmək istəyirlər. Lakin banklar onların başına minbir, olmazın oyunlar gətiririr, bezdirirlər. Banklar elə şərtlər irəli sürürlər ki, həmin adamlar kredit almaqdan belə imtina edirlər. Ona görə də düşünürəm ki, məsələyə kompleks yanaşılmalı, torpaqların nəyə görə istifadə olunmamasının səbəbləri, kökləri dəqiq öyrənilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB