Elçin Quliyev Misirin Sərhəd Qoşunlarının komandanını qəbul edib FOTOLAR

Elçin Quliyev Misirin Sərhəd Qoşunlarının komandanını qəbul edib FOTOLAR

Misir Ərəb Respublikasının Müdafiə Nazirliyinin Sərhəd Qoşunlarının komandanı general-mayor Əhməd İbrahim Məhəmməd İbrahimin başçılığı altında nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildirib, daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad ediblər.

29 mart 2016-cı il tarixdə Dövlət Sərhəd Xidmətinin Aparatında general-mayor Əhməd İbrahim Məhəmməd İbrahimin təntənəli qarşılanma mərasimi keçirilib. Rəsmi protokola uyğun olaraq Misirin Sərhəd Qoşunlarının komandanı "Fəxri qonaq kitabı"nda ürək sözlərini yazib.

Geniş tərkibdə keçirilən görüş zamanı Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında dostluq münasibətləri məmnunluq hissi ilə qeyd olun­muş, hərbi-texniki, təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın perspek­tivlərinə dair fikir mübadiləsi aparılmış, qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın həyata keçirilməsinin, təcrübə mübadiləsinin zəruriliyi vurğulanıb.

Azərbaycan Respublikasının dövlət sərhədin­dəki əməliyyat şəraiti və möv­cud təhdidlərdən danışan Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalmasını, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə olunmasını, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğunu qeyd etmiş, həmçinin sərhəd mühafizə sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barəsində Misir nümayəndələrinə ətraflı məlumat verib.

Səfər müddətində nümayəndə heyətinin Dövlət Sərhəd Xidmətinin struktur bölmələrində olması, Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Fövqəladə Hallar Nazirliyində qəbul edilməsi, eləcə də Müdafiə Sənayesi Nazirliyinin istehsalat müəssisələrinin fəaliyyəti ilə tanışlığı nəzərdə tutulur.

Səfər çərçivəsində Misir nümayəndə heyəti Bakı şəhərinin mədəni-tarixi yerlərini ziyarət edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə