Almaniya millisi Avropa çempionatına vəsiqə qazandı

Almaniya millisi Avropa çempionatına vəsiqə qazandı

Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatına daha bir vəsiqənin sahibi müəyyənləşib. SİA-nın məlumatına görə, Almaniya millisi Hollandiyaya 1:0 hesabı ilə qalib gələrək, 4-cü qrupu 7 xalla birinci pillədə başa vurub.

Bundestim mayın 5-də start götürəcək çempionatın 9-cu iştirakçısı olacaq. Daha öncə təşkilatçı Azərbaycan millisi, İngiltərə, Ukrayna, Portuqaliya, İsveç, Belçika, İtaliya, Bosniya və Herseqovina da bu hüquqa yiyələnib. Ümumilikdə yarışa 16 ölkə qatılacaq.

Avropa çempionatı mayın 21-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə