Şəhid olan əsgərimizin medalı ailə üzvlərinə təqdim edildi

Şəhid olan əsgərimizin medalı ailə üzvlərinə təqdim edildi

Azərbaycan ordusunun şəhid olan əsgəri Elşad Abbaszadənin "Hərbi xidmətdə fərqləndiyinə görə" medalı onun ailə üzvlərinə təqdim olunub. SİA xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Müdafiə Nazirliyinin (MN) rəsmiləri, Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidin medalı onun qardaşı Rəşad Abbaszadəyə təqdim olunub.

Qeyd edək ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə cəbhə bölgəsində düşmənin həmləsini dəf edərkən həlak olan, Abbaszadə Elşad Raquf oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqləndiyinə görə" medalı ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə