Bu gün Gəncliyə Yardım Fondunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən "Xəmsə" Milli İntellektual Oyunu üzrə gənclər arasında VIII Azərbaycan çempionatının Bakı şəhəri üzrə zona mərhələsi keçirilib. SİA-nın məlumatına görə, yarışda paytaxtın 11 rayonundan 12 komanda iştirak edib. Verilən suallar tarix, coğrafiya, kimya, fizika, məntiq, dünya görüşünü əhatə edib.
Onu da qeyd edək ki, suallar və cavablar redaktor qrupu tərəfindən hazırlanıb.
Oyunda Yasmal rayon komandası 1-ci, Suraxanı rayon komandası 2-ci, Sabunçu rayon 3-cü və Səbail rayon komandası isə 4-cü yerə layiq görülüb.
Zona mərhələsində mükafata layiq görülən hər bir komanda BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunub.
Qeyd edək ki, Bakı şəhəri üzrə zona mərhələsində mükafat qazanmış komandalar "Xəmsə" Milli İntellektual Oyunu üzrə birinci Azərbaycan çempionatının final mərhələsinə vəsiqə qazanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB