Gəncə Dövlət Universitetinin müəllim və tələbələri Afyonkarahisar valiliyinin koordinasiya etdiyi "Mövlanədən Barış və Sevgi Damlaları" layihəsi çərçivəsində Türkiyəyə səfər ediblər. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, nümayəndə heyəti 4 gün ərzində qardaş ölkənin 5 şəhərində olub, bir sıra görüşlər keçiriblər.
"Mövlanədən Barış və Sevgi Damlaları" layihəsi "Mövlanə Mədəni Müdaxilə" proqramı çərçivəsində Türkiyə Cümhuriyyətinin Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar Nazirliyi tərəfindən maliyyələşdirilib. Layihədə Azərbaycanı Gəncə Dövlət Universitetindən 4 müəllim və 16 tələbə olmaqla ümumilikdə 20 nəfər təmsil edib. Layihənin ilk günü qrup İstanbulun tarixi və gəzməli-görməli yerləri ilə tanış olub. Növbəti gün Konyaya səfər edən qrup üzvləri Mövlanə Cəlaləddin Ruminin məzarını ziyarət edib, Çarşıpazarı, Zəfər meydanı, Şəms-i Təbrizinin türbəsində olub, Mövlana Mədəniyyət Mərkəzində "Səma nümayişləri"ni izləyiblər. Gəncə Dövlət Universitetinin tələbələri Konya Səlcuq Universitetində də olublar. Səfər çərçivəsində qardaş ölkədə Azərbaycan -Türkiyə Mədəniyyət gecəsi keçirilib. Nümayəndə heyəti qardaş ölkədə bir sıra dövlət rəsmiləri və təhsil işçilərinin qəbulunda da olublar. Tələbələr Türkiyədən yüksək əhval-ruhiyyə ilə qayıdıblar. Bu ilin sonunadək Gəncə Dövlət Universitetinin tələbə və müəllim heyəti daha bir neçə layihədə iştirak edəcək. Bunlardan biri olan "Dədələrin izi ilə" layihəsinin məqsədi vaxtilə türklərin yaşadığı torpaqları tanıtmaqdır və bu çərçivədə Balkan Dövlətlərinə səyahətlər təşkil olunacaq.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB