Tibbi müayinə üçün 2 səyyar həkim briqadası yaradılıb

Tibbi müayinə üçün 2 səyyar həkim briqadası yaradılıb

Əhalinin profilaktiki tibbi müayinəsi aksiyası çərçivəsində arxada qalan müddət ərzində Daşkəsəndə 16 min 144 nəfər yoxlamadan keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, rayon xəstəxanasının həkimləri tərəfindən yoxlanılan sakinlər arasında daha çox mövsümü xəstəliklərə rast gəlinir. Bu günə kimi aparılan tibbi müayinənin nəticəsi olaraq 112 nəfər ambulator, 65 sakin isə stasionar müalicəyə cəlb edilib. Bundan başqa 17 nəfər paytaxt Bakıda fəaliyyət göstərən ixtisaslaşdırılmış xəstəxanalara göndərişlər alıb. Əhalinin tibbi müayinəsi mərkəzi rayon xəstəxanası ilə yanaşı 2 səyyar həkim briqadası vasitəsi ilə yerlərdə də aparılır. Artıq səyyar briqadalar rayonun 49 yaşayış məntəqəsindən 42-də müayinələri başa çatdırıb.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə