“Psixoloji yardım haqqında” qanun layihəsinin ilkin variantı hazırdır

“Psixoloji yardım haqqında” qanun layihəsinin ilkin variantı hazırdır

"Psixoloji yardım haqqında" yeni qanun layihəsinin ilkin variantı artıq hazırdır. Eyni zamanda qanun layihəsinin yaxın günlərdə Səhiyyə komitəsinin üzvlərinə tanışlıq üçün paylanması nəzərdə tutulub". SİA-nın xəbərinə görə, bu bardə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.

Onun sözlərinə görə, "Psixoloji yardım haqqında" qanun layihəsinin müzakirələrə çıxarılmasına və qəbuluna ciddi ehtiyac var: "Bu gün dünyanın bir çox ölkələrində belə bir qanun mövcuddur. Hazırda layihə üzərində işlər davam etdirilir. Layihəni plenar iclasda müzakirəyə çıxarmazdan əvvəl ictimai müzakirəyə və dinləmələrə çıxarmaq niyyətindəyik".

Qanun layihəsinin hazırlanmasının və qəbulunun vacibliyindən danışan komitə üzvü İlham Məmmədov bildirib ki, dünyada baş verən sarsıntılı iqtisadi, siyasi proseslər insanların psixoloji durumuna ciddi şəkildə təsir etməkdədir: "Psixoloji sarsıntı keçirən insanlar həkimlərə, nevropotoloqlara, psixoloqlara üz tuturlar. Bəzən həkimlər tərəfindən pasiyentlərə tövsiyə olunan ağrıkəsici dərmanlar insanların psixoloji duruma mənfi təsir göstərir. Bu baxımdan düşünürəm ki, qanunun qəbuluna ciddi ehtiyac duyulur".

Ə.Əmiraslanov isə buna cavab olaraq "insanlar həkimlərə, nevropotoloqların əvəzinə çox zaman ekstrasenslərə, falabaxanlara üz tutur ki, bu da öz növbəsində daha böyük fəsadların yaranması və yaşanması ilə nəticələnir"- deyə, əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə