Sakinlər "Azəriqaz"ın işçilərini döydü

Sakinlər "Azəriqaz"ın işçilərini döydü

Cəlilabad rayon qaz istismar sahəsinin 3 əməkdaşı Alar kənd sakini, abonent Dövlətova Anaxanım Mirzəcan qızına məxsus evə baxış keçirərkən abonentin oğlu və həyat yoldaşı tərəfindən döyülərək, bədən xəsarətləri yetirlib. Bunu açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib.

İ. Kərbalayev hazırda Cəlilabad rayon polis şöbəsində hadisə ilə bağlı araşdırma aparıldığını bildirib: "Cəlilabad rayon qaz istismar sahəsinin nəzarətçi-çilingəri Xubalıyev Əflatun Mikaıl oğlu, sürücü və qaynaqçı abonentin həyat yoldaşı Dövlətov Balakişi və onların oğlu Dövlətov Anar tərəfindən döyülərək müxtəlif xəsarətlər alıblar. Hazırda əməkdaşlarımız xəstəxanaya yerləşdirilib və hadisə ilə bağlı Cəlilabad polis şöbəsində araşdırma aparılır".

"Azəriqaz" rəsmisi deyib ki, hazırda həmin abonentin 186 manat borcu var: "Hazırda həmin abonentin 186 manat borcu var. Amma bununla yanaşı onlar 3 aydan artıqdır ki, işlətdikləri təbii qazın pulunu ödəmirlər. Bütün bunlara baxmayaraq "Azəriqaz" abonentlərə keyfiyyətli xidmət göstərilməsi və təbbi qazdan qeyri-qanuni istifadənin qarşısını almaq üçün fəaliyyətini davam etdirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə