Hərbi qulluqçumuz şəhid olub

Martın 25-də qoşunların təmas xəttində işğalçılarla döyüşdə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu kiçik çavuş Abbaszadə Elşad Raquf oğlu şəhid olub. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə kiçik çavuş E.Abbaszadə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Qarşı tərəfin itkiləri dəqiqləşdirilir.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınları və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Bütün xəbərlər Facebook səhifəmizdə