Ankara, İstanbul və Brüssel şəhərlərində törədilmiş terror aktları ilə bağlı "Avropa Demokratiya və İnsan Haqları" Fondunun və Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun BƏYANATI
"Avropa Demokratiya və İnsan Haqları Fondu" və Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondu son günlər, Türkiyyənin paytaxti Ankarada, İstanbulda, Belçika Krallığı paytaxt Brüsseldə və başqa Avropa ölkələrində baş verən və yüzlərlə günahsız insanın həyatına son qoyan amansız terror aktları xəbəri bizi olduqca sarsıdırtdı.
"Avropa Demokratiya və İnsan Haqları" Fondu və Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondu, Ankara, İstanbul və Brüssel şəhərlərində törədilmiş amansız terror aktları nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir.
Biz bu dəhşətli hadisələrdən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir və onun bütün təzahürlərinə qarşı mübarizəni dəstəkləyirik.
Biz Dünyanın hansı nöqtəsində baş verməsindən asılı olmayaraq, insan qətli, zor, təcavüz və terror qəbuledilməz hesab edərək, Ankara, İstanbul və Brüssel şəhərlərində çoxsaylı insan təlafatı ilə nəticələnmiş terror aktını qətiyyətlə pisləyir və bəşəriyyətin bəlasına çevrilmiş terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini yaxından dəstəklədiyimizi bəyan edirik. Terrora heç bir halda haqq qazandırıla bilməz və səbəbindən asılı olmayaraq terror lənətlənərək terrorizmə qarşı mübarizədə bütün dünyana dövlətləri birləşərək həmrəylik nümayiş etdirməlidir.
Bu terror hadisəsi bəzi beynəlxalq güclərin Tükiyəyə qarşı qəsdi, Türkiyəni çökdürmək, haqq işindən döndərmək cəhd kimi dəyərləndiririk. Biz inanırıq ki, terrorçular və onların arxasında dayananlar öz məkrli niyyətlərinə nail ola bilməyəcklər. Türkiyə bu mücadələdən də qalibiyyətlə çıxacaqdır. Biz Türkiyənin haqq işini dəstəkləyir, əlimizdən gələn köməyi göstərməyə hazır olduğumuzu bildiririk. Bütün beynəlxalq təşkilatlara müraciət edərək terrorçuluğa qarşı daha sıx birləşməyi, Türkiyəyə qarşı laqeyd olmamağa çağırırıq. Türrorun və terrorçuların vətəni olmur. Belə hadisələr hər bir dövlətin başına gələ bilər.
Terrorun dini və milləti yoxdur və bu gün həm müsəlmanlar həmdə, xiristiyanlar terrorla qarşı-qarşıyadırlar. Nəticədə minlərlə günahsız insanlar terorların qurbanı olurlar. Dəhşətli terror aktı, Dünyanın istənilən hər məkanında, hər vaxt olma təhlükəsi var və dinindən aslı olmayaraq hər birimiz, eləcədə yaxınlarımız bu təhlükəli bəlanın qurbanı ola bilərik.
Dünya dövlətlərinin başçıları bütün bunları və Ankara, İstanbul və Brüssel şəhərlərində baş vermiş sonuncu terror hadisələrini nəzərə alaraq, Dünya xalqlarını sülh və insanlıq naminə birləşərək təhlükəsiz dünya qurmağa çalışmalıdırlar.
Dünyada xöş məramlı misiyya ilə işğala və terora qarşı, Türkiyə, Azərbaycan və Gürcüstan, İran, Rusiya, Bolqarıstandan və Əfqanıstan Dövlətlərinin Qeyri-Hökumət Təşkilatlarının iştirakı ilə yaradılmış "İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forum"-un Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması, qondarma "erməni soyqırımı" iddialarının ifşa edilməsi, region münaqişələrinin, o cümlədən, Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya münaqişələrinin həllinə ictimai dəstəyin verilməsi, Forumda təmsil olunan ölkələr arasında xoş münasibətlərin inkişaf etdirilməsini və həmçinin BMT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, ATƏT, həmçin digər beynəlxalq və regional qurumların prinsip və tələblərinə uyğun olaraq bütün dövlətlərin ərazi bütövlüyünə, suveren hüquqlarına hörmətlə yanaşmasını, istənilən ölkənin daxili işlərinə müdaxiləni, işğal, təcavüz, etnik təmizləmə, terror hərəkətlərinə qarşı çıxmasını, sivil dünyanı bu cür mürtəcə hərəkətlərə qarşı birlikdə mübarizə aparmağını dəsdəklərək, Forumun Avropa ölkələrində fəaliyyət göstərməsinə isdənilən köməyliyi əsirgəməyəcəyik. Biz Avropa və bütün dünya dövlətlərini terrorizmə qarşı birliyə çağırırıq.
Biz öz sülhsevər misiyamızı yerinə yetirərək, bəşəriyyətdə dünya xalqlarına qarşı insanlığa sığmayan qanlı teror kampaniyaları rədd edərək, sonu görünməyən müharibələri, işğalları və terorları dəsdəkləyən Avropa, Rusiya və başqa dünya ölkələrinin "siyasətcilərinin" mənfur hərəkətlərini pisləyərək, belə düşüncəsiz siyasətə son qoyulmasını dünya dövlətlərindən tələb edirik.
Məcid Məmmədov, "Avropa Demokratiya və İnsan Haqları" Fondunun Azərbaycan Nümayəndəliyinin rəhbəri
Sərraf Orucov, Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun Prezidenti
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB