Daha bir yolun tikintisinə başlanılıb

Daha bir yolun tikintisinə başlanılıb

Sabahdan etibarən Bakı şəhərində daha bir yolun tikintisinə başlanacaq. "Azəravtoyol" ASC-dən SİA-ya verilən məlumata görə, Bakı şəhəri Sabunçu rayonunun Maştağa-Bilgəh avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq martın 26-dan etibarən sözügedən avtomobil yolunda "Azəravtoyol" ASC tərəfindən tikinti işlərinə start verilir.

Tikinti işlərinə Bilgəh qəsəbəsi, sahilyanı ərazidən Maştağa qəsəbəsi istiqamətinə doğru başlanır. Tikinti işlərinin aparıldığı ərazilərdə hissə-hissə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Sürücülərə tikinti işlərinin başlanmasını nəzərə alaraq öncədən alternativ hərəkət istiqamətləri seçmələri tövsiyə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə