Bakı şəhərinin Nizami rayonu ərazisində içməli suyun verilməsində məhdudiyyətlər olacaq. SIA-nın "Azərsu" ASC-nin mətbuat xidmətinə istinadən verdoyi xəbərə görə, məhdudiyyətə səbəb xətlərdən birində qəzanın baş verməsidir. Belə ki, "+82 Şərq" su anbarının çıxış xətlərinin birində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün ərzində Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB