15 yaşlı qız dərmandan zəhərlənərək ölüb

15 yaşlı qız dərmandan zəhərlənərək ölüb

Bakı şəhərində 15 yaşlı qız dərmandan zəhərlənərək dünyasını dəyişib. SİA-nın məlumatına görə, hadisə martın 19-da Xətai rayonunun R.Bağırov küçəsində baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü Emilya Məmmədzadə yaşadığı ünvanda çoxsaylı dərman qəbul edib. Daha sonra o, Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb. Lakin E.Məmmədzadənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə