990 nəfərin bölgələrə ekskursiyası planlaşdırılır

990 nəfərin bölgələrə ekskursiyası planlaşdırılır

Məlumat verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə müxtəlif şəhər və rayonlarda yaşayan məktəblilərin respublikamızın digər bölgələrinə səyahətinin təşkili davam etdirilir. SİA-nın verdiyi xəbərə görə, martın 24-də tur-aksiyanın ikinci mərhələsinə start verilib. Bu mərhələdə rayonlardan 990 nəfərin bölgələrimizə ekskursiyası planlaşdırılır.

Martın 16-19-da keçirilən birinci mərhələdə də 990 nəfər iştirak edib. Məktəblilər Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Göygöl, Lənkəran, Astara, Masallı, Lerik, İsmayıllı, Qəbələ, Şəki, Quba, Qusar və Xaçmazda tarixi və mədəniyyət abidələri, yerli adət-ənənələrlə tanış olub, bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev mərkəzlərinə, gənclər mərkəzlərinə, Bayraq meydanlarına, rəsm qalereyalarına, həmçinin, tarix-diyarşünaslıq muzeylərinə və digər obyektlərə baxış keçiriblər.

Qeyd edək ki, bu ekskursiyalar ölkəmizin tarixini dərindən öyrənməklə bərabər, gənclərimizə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə