ATƏT-in fəaliyyətdə olan sədri Almaniya hökumətinin xüsusi nümayəndəsi Qernot Erler və ATƏT-in Minsk Qrupunun həmsədrləri Cems Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andrie (Fransa) Azərbaycan və Ermənistanı atəşkəs rejiminə əməl etməyə çağırıb. Bu haqda ATƏT-in rəsmi saytında dərc edilən bəyanatda deyilir. Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində irəliləyişə nail olmaq, qoşunların təmas xəttində və Azərbaycanla Ermənistan sərhədində yaşayan dinc əhaliyə qarşı zorakılığın qarşısını almaq üçün tərəflər bütün tədbirləri görməlidirlər.
Bəyanat müəllifləri ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Pasxa və Novruz bayramlarında tərəflərin atəşkəs rejiminə əməl etməsi ilə bağlı çağırışını da dəstəkləyiblər: "Biz tərəfləri xalqların bu bayramları sülh şəraitində qeyd etməsinə şərait yaratmağa çağırırıq".
"ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-ə sədrlik edən Almaniyanın nümayəndəsi tərəflərlə münaqişənin tənzimlənməsi elementləri, zorakılığın azaldılması və insanlar arasında təmasın təşviq edilməsi istiqamətində işləməyə davam edir" - deyə bəyanatda bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB