Bu gün Beynəlxalq Daun Sindromu Günüdür

Bu gün Beynəlxalq Daun Sindromu Günüdür

Bu gün Beynəlxalq Daun Sindromu Günüdür. SİA xəbər verir ki, bu tarix 2006-cı ildən Daun Sindromlu Şəxslərin Ümumdünya Assosiasiyasının təşəbbüsü ilə qeyd olunur. Daun sindromu xəstəlik deyil, bu bir sindromdur ki, əsas səbəbi insanda normal 46 xromosom əvəzinə, 47 xromosomun olmasıdır. Yəni hər bir hüceyrədə 46, ya da 20 cütlük var. Daun sindromu 21-ci cüt xromosomlarda baş verən anomaliya zamanı trisomiyanın əmələ gəlməsidir.

Daun adı ilk dəfə 1866-cı ildə bu sindromun əsas fiziki xüsusiyyətlərini qeyd edən həkim - Con Lenqdon Daunun şərəfinə adlandırılıb. Daun sindromu ilə doğulan uşaqlarla bağlı verilən məlumatlarda qeyd olunur ki, belə uşaqlarda məhdud anlama bacarığı problemi var. Uşaqların nitqində ləngimə, zəif eşitmə, görmə problemləri оlur. Onların immunitetləri də zəif olur və bu uşaqlar qulaq, göz infeksiyalarına meyillidirlər. Amma Daun sindromu ilə doğulan uşaqlar arasında əqli və fiziki cəhətdən inkişaf edənlərə də rast gəlmək mümkündür.

Qeyd edək ki, Daun sindromu ilə doğulan məşhur aktyorlar, rəssamlar və digər sənət sahibləri var.

Bütün xəbərlər Facebook səhifəmizdə