Azərbaycan Londonda Mərkəzi Asiya və Qafqaz ölkələrini birləşdirən Novruz festivalında təmsil olunub. Ölkəmizi "University College London"da (UCL) fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyəti təmsil edib. Tədbirə müxtəlif ölkələrdən xeyli qonaq qatılıb.
Festivalda təmsil olunan ölkələr zəngin ənənələrini və mədəniyyətlərini nümayiş etdiriblər. Tədbir çərçivəsində milli mətbəx, geyim və folklor nümunələri təqdim olunub. Burada ölkəmiz üçün ayrılan stendində ölkəmizin tarixindən, mədəniyyət və incəsənətindən, Azərbaycan həqiqətlərindən bəhs edən müxtəlif adda nəşr olunmuş kitab və broşürlər, çay dəsgahı, musiqi alətləri, kiçik həcmli xalçalar, milli ornamentləri əks etdirən suvenirlər nümayiş etdirilib.
Novruz festivalında ifa olunan Azərbaycan xalq mahnıları, milli rəqslərimiz qonaqlarda böyük maraq doğurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB