Martın 19-da Dövlət Sərhəd Xidmətinin (DSX) Lənkəran Sərhəd Dəstəsində "Valideyn günü" keçirilib. SİA-nın cənub bürosunun məlumatına görə, Novruz bayramı ərəfəsində keçirilən tədbirdən öncə valideynlərə hərbi hissə barədə məlumat verilib, həmçinin onlara əsgərlər üçün yaradılmış xidmət və məişət şəraiti ilə yaxından tanış olmaq imkanı yaradılıb.
Tədbirin rəsmi hissəsəsində DSX-nin nümayəndəsi, general-mayor Cavid Abdullayev və hərbi hissə komandiri, polkovnik Zaur Zeynalov çıxış ediblər. Çıxışlarda ölkə sərhədlərinin mühafizəsinə göstərilən dövlət qayğısı, DSX-nin səmərəli iş fəaliyyəti, əldə olunan uğurlar barədə ətraflı söz açılıb.
Görüşdə çıxış edən valideynlər hərbi hissədə yaradılan xidmət və məişət şəraitindən razı qaldıqlarını, buna görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Əsgərlər də belə tədbirlərin keçirilməsini əhəmiyyətli hesab edərək bunu onlara verilən dəyər kimi qiymətləndiriblər. Sərhədçilər bir daha xalqımızı əmin ediblər ki, onlar vətən sərhədlərini göz bəbəkləri kimi qoruyacaqlar. Rəsmi hissə zamanı xidməti müddətində fərqlənən sərhədçilərə fəxri döş nişanı, qiymətli hədiyyələr, fəxri fərman və diplomlar verilib, həmçinin valideynlərə təşəkkür məktubları təqdim olunub.
Mərasimin sonunda hərbi hissənin özfəaliyyət kollektivinin və müğənillərin ifasında rəngarəng musiqi nömrələri səsləndirilib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB