Qazaxıstanın paytaxtı Astanada fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyasının elektron jurnalında IV Qlobal Bakı Forumu haqqında məqalə yayılıb. SİA xəbər verir ki, məqalədə "Çoxqütblü dünyaya doğru" mövzusunda keçirilmiş IV Qlobal Bakı Forumunun mühüm tədbir olduğu bildirilir, Azərbaycan Prezidenti İlham Əliyevın tədbirin açılış mərasimindəki nitqindən fikirlərə yer verilir.
Yazıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Bakı Forumunda bu dəfə münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya, o cümlədən qlobal təhlükəsizliyin təmin olunması kimi mühüm məsələlərin müzakirə edildiyi diqqətə çatdırılır.
Məqalədə Forumun nüfuzlu iştirakçıları haqqında da məlumat verilir, onların Azərbaycan haqqında fikirləri oxucuların diqqətinə çatdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB