“Qanunsuz Parklamalara Qarşı Mübarizə” FOTOLAR

Yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar
“Qanunsuz Parklamalara Qarşı Mübarizə” FOTOLAR

Bu gün "Qanunsuz Parklamalara Qarşı Mübarizə" İctimai Hərəkatı və "Azadİnform" İnformasiya Agentliyinin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin dəstəyi ilə jurnalistlər arasında keçirdiyi müsabiqənin mükafatlandırma mərasimi təşkil olunub. SİA-nın məlumatına görə, tədbirdə iştirak edən "Azadİnform" informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev, "Qanunsuz Parklamalara Qarşı Mübarizə" İctimai Hərəkatının rəhbəri İskəndər Quliyev, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Vaqif Əsədov, KİV nümayəndələri iştirak ediblər.

Çıxış edənlər qeyd ediblər ki, bu gün yollarda ən çox rast gəlinən qayda pozuntuları ilə mübarizədə bütün mümkün imkanlardan istifadə olunmalıdır. Onlar bu işdə kütləvi informasiya vasitələrinin də üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb və müvafiq mövzu ilə bağlı müsabiqəyə tədqim olunmuş maarifləndirici məqalələrə görə media nümayəndələrinə minnərdarlıqlarını bildiriblər.

Qeyd edək ki, "Yollarda təhlükəsizlik və parklama" mövzusunda keçirilən müsabiqəyə fevralın 16-da start verilibr. Müsabiqədə KİV nümayəndələri qanunsuz parklama, yollarda üzləşdiyimiz gündəlik problemlər, onların həlli yolları və yollarda təhlükəsizliyin təmini mövzusunda hazırladıqları araşdırma və reportajlarla qatılmışdılar. Təqdim olunan yazılarda müəlliflər yol hərəkətinin bütün iştirakçılarının daima üzləşdikləri aktual problemlərə toxunmuş, təhlükəsizliyin təmini məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlər barədə mühüm məqamları əks etdirdilər.

Çıxışlardan sonra müsabiqədə qalib gəlmiş jurnalistlər mükafatlandırılıblar.

Birinci yerin sahibinə 450, ikinci yer sahibinə 300 və üçüncü yerin sahibinə isə 150 manat pul mükafatı verilib.

Bundan başqa, BŞDYPİ-nin təşəbbüsü ilə bütün qaliblərə "Likon" şirkətindən pulsuz bonus danışıq dəqiqələri, "Azərsun" Holdinq Şirkətlər qrupunun tərəfindən isə qaliblərə Novruz hədiyyə paketləri paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə