Lənkəranda Novruz şənliyi FOTOLAR

Lənkəranda Novruz şənliyi FOTOLAR

Martın 18-də Lənkəran şəhərinin dəmiryolu vağzalı ərazisində keçirilən Novruz şənliyi əsl bayram əhval-ruhiyyəsi ilə qeyd edildi. SİA-nın Cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar şənlikdə iştirak ediblər.

İcra başçısı qonaqlarla birlikdə Lənkəran Tarix-Diyarşünaslıq muzeyinin qədim eksponatları, tətbiqi sənət nümunələri sərgisi, Uşaq rəssamlıq məktəbinin müəllim və şagirdlərinin rəsm sərgisi, eləcə də milli-mədəni irsimizlə tanış olublar.

Sonra bayram tonqalı yandırılıb.

Dədə Qorqud qədim saz havasının müşayiəti ilə Novruz şənliyinə toplaşanları salamlayıb, xeyir-dua verib.

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov şənlik iştirakçılarının və bütün lənkəranlıları Novruz bayramı münasibətilə təbrik edib, hamıya ən xoş arzularını çatdırıb.

İcra başçısı bildirib ki, bu il xalqımız Novruz bayramını bütün sahələrdə qazanılan böyük uğurlarla qarşılayır. Bunu ölkəmizin hər yerində olduğu kimi, hаzırdа Nоvruz sеvinclərilə yаşаyаn, füsunkаr təbiəti bаhаrın аl-əlvаn nахışlаrı ilə bəzənən Lənkərаndа dа görmək mümkündür. İndi rаyоndа yеni аb-hаvа duyulur, хоş əhvаl-ruhiyyə hökm sürür. Lənkərаn şəhərində, rayonun kənd və qəsəbələrində gеniş аbаdlıq və quruculuq işləri aparılır. Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Lənkəranın siması sürətlə dəyişir.

Taleh Qaraşov təbrik nitqində həmçinin rayonda abadlıq, quruculuq işlərinin daha geniş vüsət almasından, yeni infrastruktur layihələrinin icrasına başlanmasından ətraflı bəhs edib, 2016-cı ilin də xalqımız üçün parlaq nailiyyətlərlə zəngin olacağını əminliklə söyləyib.

İcra başçısı çıxışının sonunda 2016-cı ilin baharının bütün ailələrə xoşbəxtlik və səadət gətirməsini arzulayaraq bildirib ki, qoy baharın xoş qədəmləri xalqımıza düşərli olsun, hər bir evə, hər bir ailəyə xeyir-bərəkət, əmin-amanlıq, nur nəsib etsin. Qoy Vətənimiz Azərbaycan daha böyük tərəqqiyə, inkişafa nail olsun!

Qara zurnanın müşayiəti ilə Bahar Qız, Kosa və Keçəl faytonda meydana daxil olublar.

Qara zurnada "Cəngi" səsləndirilib, idmançılar ağırlıqqaldırma bölməsində, güləşçilər tatami üzərində güclərini sınayıblar.

Şənlik iştirakçıları tonqalın ətrafında rəqs ediblər, populyar müğənnilərimizin ifasında el nəğmələri, Bahara və Novruza həsr olunmuş mahnılar səslənib.

Kosa və Keçəl öz dəstəsi ilə tamaşaçılarla rəqs ediblər. Musiqinin xoş təranələri altında idmançılar meydan qəhrəmanları ilə birlikdə tonqal üstündən atılıblar.

Sonda şənlik iştirakçıları Lənkəran nemətlərindən – təcrübəli aşbazların manqal üstündə bişirdikləri ləvəngi cücədən, ləvəngi balıqdan, lülə kababdan, tikə kababdan, isti təndir çörəyindən dadıblar, məxməri, pürrəngi Lənkəran çayından içiblər, şəkərburadan, paxlavadan nuş ediblər.

Novruz şənliyi kütləvi rəqslə sona çatıb və tədbir iştirakçılarına əsl bayram əhval-ruhiyyəsi bəxş edib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə