"Biz də hamı kimiyik! Bəli, onlar da cəmiyyətin bir parçası olmaq üçün doğuldular, işıqlı dünyaya göz açdılar. Hamı kimi olmaq üçün. Hamı kimi oynamaq, hamı kimi elmə yiyələnmək üçün gəldilər dünyaya. Qüsurlu olduqlarından bixəbər. Söhbət Daun sindromlu uşaqlardan gedir. Bugünkü tədbir də məhz onlara həsr edilmişdi. Hər il Beynəlxalq Daun Sindromu Günü münasibətilə bu cür tədbirlər həyata keçirilir ki, bu və ya digər formada onların cəmiyyətə inteqrasiyasına təkan verilir. Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının Gənclər Birliyi və "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən "Biz də hamı kimiyik!" adı altında yürüş də bu tədbirlər silsiləsindəndir. Tədbirdə uşaqlara dəstək məqsədilə Nizami Rayon İcra Hakmiyyətinin başçısı Arif Qasımov, millət vəkili Qənirə Paşayeva, YAP Nizami rayon təşkilatının GB-nin və "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin sədri Sevinc Abdullayeva, müxtəlif yaş qruplarını əhatə edən Daun sindromlu şəxslər, müəllim və pedaqoqlar iştirak ediblər. Yürüşün keçirilməsi barədə məlumat verən birliyin sədri Sevinc Abdullayeva diqqətə çatdırıb ki, əsas məqsəd 21 Mart Beynəlxalq Daun Sindromu Günü ərəfəsində ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək, Daun sindromlu şəxslərin cəmiyyətdəki rolunun, yerinin nə dərəcədə əhəmiyyətli olduğunu vurğulamaqdır: "Daun sindromlu insanların sosial həyata inteqrasiyasının yalnız onların özləri üçün deyil, həmçinin bütün cəmiyyət üçün gərəkli olduğunu nümayiş etdirmək istəyirik. Bu məqsədlə də mütəmadi olaraq bu cür tədbirlərin rellaşdırılmasında əlimizdən gələni əsirgəmirik".
Yürüşdən sonra uşaqlar üçün bayram süfrəsi açılıb, musiqi nömrələri səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB