İtkin düşən neftçilərin axtarış tədbirləri davam etdirilir. FHN-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli" yatağındakı 10 və "Neft Daşları"ndakı 501 nömrəli dəniz özüllərində 2015-ci il dekabrın 4-də baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərin Xəzər dənizində müşahidə-axtarış işləri Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.
Hazırda nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri sahilboyu və Aviasiya dəstəsinin helikopteri dənizdə müşahidə-axtarış işlərini həyata keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB