Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov martın 29-da Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının inzibati binasında (Biləsuvar şəh., Mübariz İbrahimov küçəsi 120, Heydər Əliyev parkının ərazisi, RİH-nin yaxınlığı) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar martın 28-dək aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar:

Ağcabədi - 050-515-29-00

Beyləqan - 055-743-12-12

Biləsuvar - 050-504-44-22

İmişli - 050-635-66-49

Bütün xəbərlər Facebook səhifəmizdə