Elektron xidmət istifadəçilərinin sayı artıb

Elektron xidmət istifadəçilərinin sayı artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas fəaliyyət istiqamətləri elektronlaşdırılıb, məmur-vətəndaş münasibətləri minimuma endirilib. SİA-nın verdiyi xəbərə görə, son iki ildə nazirlik tərəfindən "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi", "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi", "İş yerinə dair arayış", "Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi", "Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi", "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" kimi daim cəmiyyətin fəal şəkildə yararlandığı yeni elektron xidmətlər yaradılaraq istifadəyə verilib. Ümumilikdə bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 8 elektron xidməti əhalinin istifadəsindədir. Onlardan əksəriyyəti vətəndaşların ən çox faydalandığı elektron xidmətlər sırasındadır.

Nazirliyin elektron xidmətlərindən istifadə sayı da getdikcə artır. 2016-ci ilin yanvar-fevral aylarında "Elektron Hökumət" portalından ümumi istifadənin (1 727 877 dəfə istifadə) 26 faizə yaxını (448 432 dəfə istifadə) məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə aid olub.

Bütün xəbərlər Facebook səhifəmizdə