Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Novruz bayramı münasibəti ilə Sumqayıt şəhərində təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satış-yarmarkasında olub. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yarmarka ilə tanışlıq zamanı kənd təsərrüfatı naziri Heydər Əsədov qiymətlərlə maraqlanıb, istehsalçı və istehlakçılarla söhbət edib, prezident İlham Əliyevin fermer və sahibkarlara göstərdiyi diqqət və qayğıdan söhbət açıb, onları Novruz bayramı münasibəti ilə təbrik edib. Nazir bildirib ki, yarmarkanın keçirilməsində əsas məqsəd fermerlərin məhsullarını bazara çıxarmasına kömək etmək, əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan təlabatını ödəmək, bazarlarda süni qiymət artımının qarşısını almaqdır.
Yarmarkada bitki və heyvan mənşəli məhsulların keyfiyyətinə nəzarət gücləndirilib, bu məqsədlə səyyar laboratoriyalar cəlb olunub.
Satışa çıxarılan məhsulların bazar qiymətindən aşağı olması alıcıların da ürəyincə olub. Satıcılar və alıcılar satış-yarmarkasının yüksək səviyyədə təşkilinə görə razılıqlarını bildiriblər və yaradılan şəraitə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB