Azay Quliyev: "Əfv Fərmanı humanist addımdır"

Azay Quliyev: "Əfv Fərmanı humanist addımdır"

"Konvensiyaya düzəliş elə bir vaxtda qəbul edilir ki, bir neçə həftə sonra Vaşinqtonda 4-cü Nüvə Təhlükəsizliyi Sammiti keçiriləcək. Prezident həmin sammitdə iştirak edəcək. Bu, ilk növbədə onun göstəricisidir ki, Azərbaycan təhlükəsizlik sistemində əsas ölkələrdən biridir. Azərbaycan Prezidentinin belə bir tədbirdə iştirakı dövlətçiliyimizin və Prezidentimizin beynəlxalq miqyasda qazandığı qiymətdir". SİA-nın məlumatına görə, bunu millət vəkili Azay Quliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında "Nüvə materialının fiziki mühafizəsi haqqında" Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

O, Prezident İlham Əliyev tərəfindən martın 17-də imzalanan Əfv Fərmanı haqqında da danışıb: "Bu Fərmanla hüquq müdafiə təşkilatlarının siyahılarında yer alan insanlar da əfv edilib. Prezidentin imzaladığı Əfv Fərmanı humanist addımdır. Bu addım onu göstərir ki, istənilən problem dialoqla həll edilə bilər. Hər kəs dövlətə və dövlət başçısına etimad göstərməlidir. Xarici təşkilatlar ölkənin daxili işinə qarışa bilməz. ATƏT-in, AŞPA-nın prezidenti və digər beynəxlalq təşkilatlar bu Əfv Fərmanını çox yüksək qiymətləndirdilər".

Bütün xəbərlər Facebook səhifəmizdə