FHN gücləndirilmiş iş rejiminə keçib

FHN gücləndirilmiş iş rejiminə keçib

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ərəfəsində və bayram günlərində mümkün fövqəladə hadisələrin qarşısının daha operativ alınması və nəticələrinin daha çevik aradan qaldırılması, əhalinin təhlükəsiz istirahətinin təşkil edilməsi məqsədilə gücləndirilmiş iş rejiminə keçib.
FHN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bununla bağlı nazirliyin müvafiq struktur bölmələrində əmrlər imzalanıb, şəxsi heyət təlimatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə