Gömrükçülərimiz 450 kiloqram heroin aşkar ediblər

Gömrükçülərimiz 450 kiloqram heroin aşkar ediblər

Azərbaycan gömrükçüləri külli miqdarda narkotik vasitənin ölkə ərazisindən tranzit keçirilməklə qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda İran İslam Respublikasından gələn və Azərbaycan ərazisindən tranzit keçməklə Ukraynaya getmək istəyən 90 ZV 438/ 99ZC 154 nömrəli yük avtomobili saxlanılıb.

Azərbaycan vətəndaşının idarə etdiyi həmin avtomobilə baxış zamanı 450 kq narkotik vasitə - heroin aşkar olunaraq götürülüb.

Hazırda əməliyyat tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə