Bu idarələr bayram günlərində də fəaliyyət göstərəcək

Bu idarələr bayram günlərində də fəaliyyət göstərəcək

Azərbaycan vətəndaşları bayram günlərində də Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edə bilərlər. DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində - martın 19-dan 28-dək olan müddətdə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi, həmçinin onun regional şöbələri tərəfindən vətəndaşların qəbulu həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə