Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu davam olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Hacıqabulda Şirvan, Hacıqabul və Qobustan rayonlarından olan sakinləri qəbul edib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, qəbul Hacıqabul şəhəri Heydər Əliyev Mərkəzində keçirilib.
Qəbula yazılanların müraciətləri əsasən dini icmaların dövlət qeydiyyatı, dini icmaların fəaliyyəti, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin təmiri, məscid kitabxanasının yaradılması məsələləri ilə bağlı olub. Vətəndaşların müraciətləri dinlənilib və müvafiq tapşırıqlar verilib. Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Hacıqabul Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik" mövzusunda regional konfrans keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov eləcə də bölgədə fəaliyyət göstərən dini icmaların rəhbərləri, din xadimləri, hüquq mühafizə orqanlarının rəhbərliyi, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov və DQİDK-nın sədri Mübariz Qurbanlı çıxış etdilər.
Daha sonra regional konfrans işini panel formatında davam etdirdi.
DQİDK-nın sədr müavini Gündüz İsmayılovun "Azərbaycanda ənənəvi İslam dəyərləri: tarixilik və müasirlik", Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərovun "Multikulturalizm siyasəti: beynəlxalq təcrübə və Azərbaycan modeli", DQİDK-nın Hüquq və qeydiyyat şöbəsinin tərkibində Kadrlarla iş sektorunun müdiri Bəhruz Müslümovun "Multikulturalizm: dini ayrı-seçkilik və ekstremizmə alternativ kimi" mövzularında məruzələri dinlənildi.
Günün ikinci yarısı DQİDK-nin sədri Mübariz Qurbanlı Hacıqabul gəncləri ilədə görüşdü. Gəncləri maraqlandıran suallar ətrafında fikir mübadiləsi etdi.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB