Çünki, son günlər havalar xeyli sərt keçir. Bu isə rayonlarda özünü daha çox büruzə verir. Bəzi dağlıq ərazilərə qar yağıb. Şamaxıda isə rayon mərkəzi də daxil olmaqla, bir neçə yaşayış məntəqəsi ağ örpəyə bürünüb. Şamaxı yazı qarla qarşıladı. Ötən gecədən başlayaraq Şamaxıya qar yağıb. Qarın qalınlığı rayon mərkəzində 5-7, dağlıq yaşayış məntəqələrində isə 15 santimetrə çatıb.
Yazın gəlişini gözlədiyimiz bir vaxtda Şamaxıda əməlli-başlı qış ab-havası yaşanır. Yağan qar böyükdən balacaya hər kəsin sevincinə səbəb olub
Yaz ərəfəsində qarın yağmasına ən çox sevinən həmişəki kimi uşaqlar olub. Bəzi sakinlər bu vaxt yağan qarın kənd təsərrüfatına ziyan vura biləcəyini deyirlər. Bakı-Şamaxı-Yevlax magistralında isə hərəkət normaldır. Lakin, axşam saatlarında yolun buz bağlayacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB