Prezident Vəli Nağıyevə ali xüsusi rütbə verdi SƏRƏNCAM

Prezident Vəli Nağıyevə ali xüsusi rütbə verdi SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti V.N.Nağıyevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Vəli Nağı oğlu Nağıyevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə