Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Miqrasiya orqanlarında qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı ilə təltif edilsinlər:
Abbasov Niyaz İsaq oğlu
Həsənov Həsən Çingiz oğlu
İsmayılov Füzuli Cahangir oğlu
Qədimov Anar Vahid oğlu
Musayeva Samirə Paşa qızı
Sadıqova Ülfət Məhərrəm qızı
Səfərov Mehman Elxan oğlu
Turabov Nazim Soltan oğlu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB