Yeddimərtəbəli binada yanğın baş verib 2 yaralı

Yeddimərtəbəli binada yanğın baş verib 2 yaralı

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yanğın faktı qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, paytaxtın Sabunçu rayonunda yeddimərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 38 kv.m olan 2 otaqlı mənzilin 1 otağında divan, kreslo və televizor yanıb. Yanğın zamanı iki nəfər xəsarət alıb. Yanğından mənzilin qalan hissəsi mühafizə olunub.

Yanğın saat 16:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə