Səyyar şəkildə şəxsiyyət vəsiqəsi paylanıb

Səyyar şəkildə şəxsiyyət vəsiqəsi paylanıb

Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Samux rayonunda əhalinin şəxsiyyət vəsiqəsinin yenilənməsi istiqamətində işlər aparılır. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, 2015-ci ildə 2500-dən çox rayon sakinini şəxsiyyət vəsiqəsi ilə təmin edən polis əməkdaşları səyyar xidmət göstərməkdə davam edir. Bu ilin geridə qalan dövrü ərzində 11 kənd və qəsəbədə ümumilikdə 700-ə yaxın vətəndaşa şəxsiyyət vəsiqəsi verilib.

Qeyd edə ki, səyyar xidmətdən yararlananlardan 219 nəfəri 16 yaşadək olan uşaqlardır. Rayonun Sarıqamış kəndində təşkil edilən birgünlük aksiya zamanı 300-dən artıq vətəndaşın sənədləri alınıb. 50-dən artıq sakinə isə şəxsiyyəti təsdiq edən sənəd verilib.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə