Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu qarşıdan gələn Novruz bayramı ilə əlaqədar olaraq bu ilin mart ayı üzrə əmək pensiyalarının vaxtından əvvəl maliyyələşdirilməsini yekunlaşdırıb. Dövlət Sosial Müdafiə Fondundan SİA-ya verilən məlumata görə, mart ayının 15-dək respublikanın şəhər və rayonları üzrə pensiya məbləğlərinin qrafikdə nəzərdə tutulmuş müddətdən əvvəl vətəndaşların pensiya plastik kart hesablarına köçürülməsi başa çatdırılıb.
2016-cı il yanvar ayının 1-i tarixinə olan məlumata əsasən, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 299 946 nəfərdir. Onların 60,1 faizini yaşa görə, 28,8 faizini əlilliyə görə, 11,1 faizini isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB