2016-cı ilin fevral ayında Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı, eləcə də Bərdə, Sabirabad rayonlarındakı və Gəncə şəhərindəki ASAN xidmət mərkəzlərinə ümumilikdə 16041 müraciət daxil olub. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, əsasən, "smart" tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, "Azəriqaz" İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı həllini tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB