Nəqliyyat naziri Ziya Məmmədovun martın 18-də İmişli rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbul vaxtı martın 29-na dəyişdirilib. SİA Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, İmişli və Beyləqan rayonlarını əhatə edəcək qəbulda iştirak etmək istəyən vətəndaşların qeydiyyatı martın 28-də saat 09:00-dan 18:00-dək İmişli şəhəri, 20 Yanvar küçəsi, 11 və Beyləqan şəhəri, H.Əliyev prospekti, 14 (Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 12 saylı Beyləqan regional şöbəsinin inzibati binası) ünvanlarda aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB