Bahar Muradova: "Hökumətin gördüyü işlər vətəndaşların gələcək rifahı üçündür"
Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin sədr müavini Bahar Muradova da çıxış edib. SİA-nın məlumatına görə, sədr müavini hökumətin gördüyü bütün işlərin Azərbaycan vətəndaşının gələcək rifahı üçün olduğunu qeyd edib. Vitse-spiker bu sahədə görülən işləri qənaətbəxş hesab edib və yeni istiqamətlərin yarandığını vurğulayıb.
B.Muradova onu da əlavə edib ki, ötən il təmas xəttində təxribatların daha çox baş verməsi ilə yadda qalıb: "Azərbaycanın müdafiə qüdrəti getdikcə yüksəlir, eyni zamanda, ordu hissələrində hərbi intizam daha da gücləndirilir. Bundan başqa, düşmən təxribatına tutarlı cavab verilməsinin nəticəsi olaraq insanların Azərbaycan ordusuna inamı daha da artır".
O, həmçinin səfərbərlik xidməti sahəsində müşahidə edilən bir sıra qanun pozuntularının, korrupsiya hallarının azaldığını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB