"Peşə məktəblərinə təşviqat" layihəsinin növbəti tədbiri FOTOLAR

"Peşə məktəblərinə təşviqat" layihəsinin növbəti tədbiri FOTOLAR

Sumqayıt şəhəri 14 N-li məktəbdə "Peşə məktəblərinə təşviqat" layihəsi çərçivəsində üçüncü tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir məktəb rəhbərliyi ilə yanaşı peşə məktəblərinin nümayəndələrinin iştirakı ilə 8, 9-cu sinif şagirdləri üçün maarifləndirmə məqsədilə həyata keçirilib.

Tədbirdə çıxış edən nümayəndələr şagirdlərə peşə məktəblərinin fəaliyyəti, məktəblərdəki ixtisaslar, maddi texniki bazası haqqında əyani vəsaitlərlə ətraflı məlumat veriblər. Layihə rəhbəri Vəfa Cəfərova öz çıxışında şagirdlərə bildirib ki, gələcək həyatınızda əsl vətəndaş kimi mövqe tutmaq üçün sevdiyin peşəyə yiyələnməyiniz vacibdir. Bunun üçün peşə məktəbləri sizə kömək olacaqdır.

Şagirdlərə peşə məktəblərinindəki ixtisasları və Sumqayıt şəhərində yerləşən sənaye müəssisələrini özündə əks etdirən maarifləndirici bukletlər paylanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə