Nəsib Məhəməliyev: "Bütün uğurlar dünyada iqtisadi inkişafın zəiflədiyi bir vaxtda və beynəlxalq maliyyə bazarında qeyri-müəyyənlik, onun fəsadlarının ölkə iqtisadiyyatına təsiri şəraitində əldə olunub"

"Bildiyimiz kimi, hökumət Milli Məclisdə Nazirlər Kabinetinin 2015-ci ildəki fəaliyyətinə dair hesabatı təqdim edildi və bizlər də millət vəkili olaraq, bu fəaliyyəti dəyərləndirdik". Bu fikirləri SİA-ya millət vəkili Nəsib Məhəməliyev parlamentdə Nazirlər Kabinetinin 2015-ci ildəki fəaliyyətini qiymətləndirərkən deyib. Onun sözlərinə görə, aparılan uğurlu siyasət nəticəsində ölkəmiz bütün sahələrdə öz inkişafa meyarını qoruyub-saxlayıb: "Xüsusilə, dünyada baş verən qlobal iqtisadi böhran bir çox ölkələrə ciddi şəkildə təsir etsə də, Azərbaycan bu amildən cüzi təsir aldı. Çünki qabaqlayıcı tədbirlər və dövlətimizin yürütdüyü uğurlu iqtisadi siyasət vətəndaş faktorunu əsas götürərək, sözügedən prosesdən maksimum şəkildə zərər görməməsi üçün bütün mövcud imkanlardan istifadə edir. Təbii ki, biz bunun uğurlu nəticələrini də görməkdəyik. Bütün çətinliklərə baxmayaraq, makro-iqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası davam etdrilib. Cənab Prezident İlham Əliyevin göstərişləri və tövsiyələrinə əsasən, əhalinin sosial rifahı istiqamətində işlər aparılıb. Ümumiyyətlə, son illərdə ölkədə aparılan sosial-iqtisadi tərəqqi siyasəti hesabat ilində də uğurla davam etdirilib. İlin yekunlarının təhlili göstərir ki, qarşıya qoyulan bütün əsas vəzifələr yerinə yetirilib. İqtisadiyyaın şaxələndirilməsi və qeyri-neft sektorunun sürətli inkişafı təmin olunub, xalqın rifahı davamlı olaraq yüksəldilib. Bütün uğurlar dünyada iqtisadi inkişafın zəiflədiyi bir vaxtda və beynəlxalq maliyyə bazarında qeyri-müəyyənlik, onun fəsadlarının ölkə iqtisadiyyatına təsiri şəraitində əldə olunub".
Millət vəkili xatırladıb ki, dövlət başçısının Sərəncamı ilə 2015-2020-ci illərdə sənayenin inkişafına dair dövlət proqramı təsdiqlənib: "Bu proqramın icrası yeni iş yerlərinin açılması, regionlaırn sosial-iqtisadi inkişafı, kiçik və orta sahibkarlığın inkişafına təkan verəcək. Halbuki, bir çox ölkələrdə işsizlik və kütləvi ixtisarlar problemi mövcuddur. Neftlə yanaşı qeyri-neft sektorunun inkişafı Azərbaycanın bölgədə güclü potensiala malik dövlət olduğunu bir daha təsdiqləyib. Azərbaycan hökuməti neft gəlirlərini qeyri-neft sektorunun inkişafına yönəltməklə, qabaqcıl texnologiyalar əsasında yeni sənaye sahələri yaradır, iqtisadi və sosial infrastruktur uğurla inkişaf edir".
Nəsib Məhəməliyev qeyd odib ki, ötən il ölkəmizin beynəlxalq aləmdəki mövqeyi daha da möhkəmlənib: "Azərbaycan həm də iri beynəlxalq layihələri uğurla reallaşdıran ölkə kimi tanınıb. Trans Anadolu Təbii Qaz Boru Xəttinin uğurla icrası bu işin davamı olacaq. Regionların inkişafı istiqamətində həyata keçirilən prorqamlar sayəsində bölgələrimiz xeyli inkişaf edib. Ölkədə sənayenin yeni sahələri üçün əlverişli şərait yaranıb, çoxsaylı istehsal müəssisiləri açılıb, o cümlədən, sosial-iqtisadi sahədə əldə edilən nailiyyətlərin ətraflı əksini tapdıb. Təbii ki, bütün bunlar qeyd olunan fikirləri təsdiq etməkdədir".
Eldəniz Səlimov: "Manatın dollara nisbətdə ucuzlaşmasına baxmayaraq, ölkə rəhbərliyi zamanında müvafiq addımlar ataraq, problemlərdən ən az zərərlər çıxmağı bacarıb"
Millət vəkili Eldəniz Səlimov da qeyd edib ki, hesabat əhatəli və dolğun hazırlanıb. Belə ki, ölkənin sosial-iqtisadi imkanlarının gücləndirilməsi əhalinin maddi təminatını, həyat şəraitini daha da yaxşılaşdırıb: "Neftlə yanaşı qeyri-neft sektorunun inkişafı Azərbaycanın bölgədə güclü potensiala malik dövlət olduğunu bir daha təsdiqləyib. Azərbaycan hökuməti neft gəlirlərini qeyri-neft sektorunun inkişafına yönəltməklə, qabaqcıl texnologiyalar əsasında yeni sənaye sahələri yaradır, iqtisadi və sosial infrastruktur uğurla inkişaf edir. Çünki nəzərdə tutulan iqtisadi və sosial islahatlar ardıcıl həyata keçirlib. Belə ki, islahatların artırılmasına və şaxələndirilməsinə səbəblərdən biri də manatın dollara nisbətdə ucuzlaşması olub. Buna baxmayaraq, ölkə rəhbərliyi zamanında müvafiq addımlar ataraq, problemlərdən ən az zərərlər çıxmağı bacarıb. Bütün bunlar, qarşıya qoyulan məqsədlər nail olunması Azərbaycanın xalqın maraqlarına, ölkənin inkişafına uyğun düzgün siyasi-iqtisadi taktika seçdiyini bir daha təsdqiləyir. Regionların inkişafı istiqamətində həyata keçirilən proqramlar sayəsində bölgələrimiz xeyli inkişaf edib. Bu isə sənayenin yeni sahələri üçün əlverişli şərait yaradıb".
"Sosial islahatlar, sosial quruculuq sahəsində görülən işlər, büdcədən hər il sosial məqsədlər üçün ayrılan vəsaitlərin artırılması, Prezident İlham Əliyevin dövlət strukturlarında yeni iş yerinin yaradılması barədə verdiyi qətiyyətli tapşırıqlarının hər biri xalqın rifahını daha da yaxşılaşdırıb. Bu siyasət əlbəttə ki, davam etdiriləcək".
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB